Erdoğan: "Mənbici kürd silahlılarından təmizləyəcəyik"
Suriyanın Mənbic şəhərini kürd PYD silahlılarından təmizləyəcəyik, Türkiyə respublikasının prezidenti Recep Tayyip Erdoğan bildirib.
"Bəziləri Azad Suriya Ordusu və Türkiyəni Əl Babdan kınar tutmağa çalışır. Biz İŞİD, PYD-YPG terror təşkilatları ilə mübarizəmizi davam etdirəcəyik. Qısa bir vaxtda Mənbici PYD terror təşkilatından təmizləmək niyyətindəyik. Ya gedəcəklər, ya da getməyəcəkləri təqdirdə lazım olanı edəcəyik", Prezident Sarayında çıxış edən cənab Erdoğan deyib. Türkiyə prezidenti Cərəblusdan sonra Dabıkı ələ keçirdiklərini, indi isə Əl Baba doğru irəlilədiklərini deyib. "İndi isə Əl Babdan Mənbicə doğru gedəcəyik", o bildirib. "Hələblə bağlı bir problemimiz yoxdur, lakin etirazlarımız var. Cənab Putinlə danışdım. Hələb camaatı dincliyə qovuşmalıdır. Hələb hələblilərindir". Lozanna müqaviləsi ilə bağlı şərh verən Türkiyə prezidenti, İraq torpaqlarının ələ keçirilməsi ilə bağlı şərhlərə cavabında, "Bizim heç bir ölkənin ərazilərində gözümüz yoxdur" deyib. "Bu ölkələrdə [İraq və Suriya] yaşayan qardaşlarımızı etnik və məzhəb əsaslı yeni münaqişələrə cəlb etmək istəyənlərə qarşıyıq", cənab Erdoğan əlavə edib.
Image copyrightAP
Image copyrightAFP