Sosial şəbəkədə biz:

Rafael Ağayev Sarkisyanın kürəyini yerə çırpdı - VİDEO

27 October 2016, 10:55
Gündəm
Rafael Ağayev karate üzrə Avstriyada keçirilən dünya çempionatının finalına çıxıb. Day.az bildirir ki, finala gedən yolda 75 kq çəki dərəcəsində mübarizə aparan Rafael Ermənistandan olan Seryoja Sarkisyanı 3:0 hesabı ilə məğlub edib. 13 qat Avropa çempionumuz finalda Misir təmsilçisinə qalib gələrsə, 5-ci dünya çempionluğunu bayram edəcək. Billdirək ki, 84 kq çəki dərəcəsində çıxış edən Ayxan Mamayev də finala vəsiqə qazanıb.