Sosial şəbəkədə biz:

Tağı Əhmədov yeni vəzifə aldı

06 June 2015, 13:48
Gündəm
“Bakı Metropoliteni” QSC-nin sabiq sədri Tağı Əhmədov Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının sədri seçilib. Azvison.az-ın xəbərinə görə, bu barədə qərar rayon təşkilatının bu gün keçirilən X konfransında qəbul olunub. Qeyd edək ki, konfransda sədr müavinləri, Şura, İdarə Heyəti, Nəzarət-Təftiş Komissiyasının üzvləri seçilib.