Sosial şəbəkədə biz:

Məşhur restoranın sahibinin oğlu Bakıda qəzada öldü

06 June 2015, 15:31
Gündəm
Bakıdakı məşhur restoranlardan birinin oğlu paytaxtda baş vermiş yol qəzasında dünyasını dəyişib. Daxili İşlər Nazirliyindəki mənbələrdən virtualaz.org saytına verilən məlumata görə, “Mersi Bakı” restoranının sahibi Ruslan Zeynalovun oğlu dünən - iyunun 5-də Mərdəkan şosesində baş vermiş yol qəzasında ölüb. 17 yaşlı Maqsud Zeynalov “Hyundai” markalı “cip”in sükanı arxasında olarkən idarəetməni itirib və maneəyə çırpılıb. O, elə hadisə yerində keçinib.