Sosial şəbəkədə biz:

Türkiyədə 5 əsgər şəhid olub

27 October 2016, 20:39
Gündəm
Bu gün Türkiyədə 5 əsgər və 1 kənd qoruyucusu şəhid olub. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, səhər saatlarında Bingöl rayonunun Kiğı qəsəbəsində partlayıcı qurğu hərbi maşın keçərkən partladılıb, 1 əsgər şəhid olub. Siirtin Kurtalan qəsəbəsində isə əsgərlərin növbədə olduğu posta ildırım düşməsi nəticəsində 1 əsgər həyatını itirib, 1 əsgər yaralanıb. Üçüncü qara xəbər Hakkari rayonunun Çukurça qəsəbəsindən gəlib. Güven dağı bölgəsində PKK terrorçularının qumbaraatanlardan açdığı atəş nəticəsində 1 əsgər şəhid olub, həmin bölgədə minaya düşən əsgər ağır yaralanıb. Döyüşdə 5 terrorçu zərərsizləşdirilib. Diyarbəkir rayonunun Hani qəsəbəsində isə PKK terrorçularının quraşdırdığı partlayıcı qurğunun işə düşməsi nəticəsində 2 əsgər şəhid olub, 2 əsgər yaralanıb. Nəhayət, Batman rayonunda Mava dağı bölgəsində PKK terrorçuları ilə atışma zamanı əsgərlərlə birlikdə döyüşən kənd qoruyucularından biri həyatını itirib.