Sosial şəbəkədə biz:

Nazirlik əməkdaşı ehtiyatsızlıqdan güllə yarası alıb

31 October 2016, 13:33
Gündəm
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Saatlı rayon ərazi şöbsəinin məsləhətçi-müfəttişi ehtiyatsızlıqdan güllə yarası alıb. Virtualaz.org bildirir ki, Daxili İşlər Nazirliyi (DİN) mətbuat xidmətinin yaydığı məlumatda belə deyilir. Məlumata görə, oktyabrın 30-da nazirlyin əməkdaşı Kərim Səlimov ov tüfəngi ilə ehtiyatsız davranıb və açılan atəşdən xəsarət alan yaralı xəstəxanaya yerləşdirilib. Saatlı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən hadisə yerindən "İJ-27" markalı tüfəng götürülüb. Faktla bağlı araşdırma aparılır.