Sosial şəbəkədə biz:

Arvadını və qızını bıçaqlayıb qaçan kişi tutuldu

31 October 2016, 14:23
Gündəm
Bakıda sərxoş kişi ailə münaqişəsi zəminində arvadını və qızını bıçaqlayıb. "Report"un xəbərinə görə, hadisə Xəzər rayonu, Qala qəsəbəsi, Süleyman Rəhimov küçəsi 81 ünvanında qeydə alınıb. Belə ki, 1960-cı il təvəllüdü Rəhimov Əliqismət Heydər oğlu sərxoş vəziyyətdə qızı Tünzalə Şıxəliyevanın evinə gedərək həyat yoldaşı, 51 yaşlı Qönçə Umudova ilə mübahisə edib. O, mətbəx bıçağı ilə Q.Umudovaya iki, qızı - 22 yaşlı Aytac Rəhimliyə bir bıçaq zərbəsi vurub. Daha sonra həmin şəxs qaçaraq evdən uzaqlaşıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Xəzər Rayon Polis İdarəsinin əməkdaşları cinayət əməlini törədən Ə.Rəhimovu saxlayıblar.