Sosial şəbəkədə biz:

Zavodların sayı 30-a çatacaq

01 November 2016, 11:05
Gündəm
Yaxın zamanda Sumqayıt Texnologiyalar Parkı(STP) ərazisində üç yeni zavod istifadəyə veriləcək. Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib. “Hazırda STP-nin ərazisində 17 zavod fəaliyyət göastərir. Yaxın zamanda daha üç zavod istifadəyə veriləcək. Bütövlükdə, parın ərazisində ixrac üçün də nəzərdə tutulan məhsulların istehsalı ilə məşğul olan 30 zavod və müəssisəsnin yaradılması planlaşdırılır. Həmin müəssisələrdə 10 mindən artıq şəxs çalışır”, - deyə məlumatda deyilir. Sankt-Peterburqdan olan nümayəndə heyəti parka gələrək kabel və maşınqayırma zavodlarında istehsal şəraiti ilə tanış olub. “Görüşdə STP-də istehsal oluna məhsulların gələcəkdə Sankt-Peterburqa tədarükü məsələsi müzakirə olunub”, - deyə məlumatda vurğulanır.