Sosial şəbəkədə biz:

Bakıda polis zabiti maşını aşırdı: ölən və yaralanan var

Bakıda Sabunçu Rayon Polis İdarəsi 12-ci bölməsinin əməkdaşı şəxsi avtomobilində qəzaya uğrayıb. Bölmədən ANS PRESS-ə verilən məlumata görə, qəza Mərdəkan-Buzovna yolunda qeydə alınıb. Həmin yolda hərəkət edən 12-ci polis bölməsinin əməkdaşı, leytenant, 1993-cü il təvəllüdlü Oqtay Rəhimov idarə etdiyi şəxsi “Hyundai" markalı avtomobilini aşırıb. Qəza nəticəsində polis və onun sərnişini ağır yaralanıb. Hər iki yaralı xəstəxana yerləşdiriliblər. Həkimlərin səyinə baxmayaraq maşında olan sərnişin dünyasını dəyişib. Polis əməkdaşının vəziyyəti isə ağırdır. Faktla bağlı araşdırma aparılır.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol