Sosial şəbəkədə biz:

Azərbaycana gələn xaricilərin 30 faizdən çoxu Rusiya vətəndaşlarıdır

01 November 2016, 19:37
Gündəm
Azərbaycana daxil olan xarici vətəndaşların 32 faizdən çoxu Rusiya vətəndaşlarıdır. Trend-in məlumatına görə, bu açıqlamanı Azərbaycan-Rusiya forumu çərçivəsində Mədəniyyət və Turizm Nazirliyi Turizm Departamentinin rəhbəri Rauf Paşayev verib. O, turizm sektorunun Azərbaycan iqtisadiyyatında mühüm rol oynadığını bildirib. R.Paşayev deyib: “Ötən il ölkə iqtisadiyyatında turizmin həcmi 3 faizdən çox olub. Bu, neft ölkəsi üçün kifayət qədər yaxşı göstəricidir.” Bu gün Bakıda VII Azərbaycan-Rusiya regionlararası forumu keçirilib. Forum çərçivəsində iki ölkə arasında bir çox sahələrdə əməkdaşlıq perspektivləri müzakirə olunub.