Sosial şəbəkədə biz:

"AMAY"ın qara günündən — FOTOREPORTAJ

02 November 2016, 11:55
Gündəm
Bir zamanlar Bakının ən öndə gedən ticarət mərkəzlərindən olan "AMAY" bağlana bilər. Ölkə.Az-ın məlumatına görə, ticarət mərkəzinin əksər mağazaları bağlanıb. Gəlirin xərcləri ödəmədiyini görən sahibkarların əksəriyyəti icarəyə götürdükləri mağazaları təhvil veriblər. Bu gedişlə yaxın aylarda ticarət mərkəzi fəaliyyətini tamamilə dayandıracaq. Çünki fotolardan da göründüyü kimi ticarət mərkəzi ciddi alıcı qıtlığı və azsaylı satıcıların diliylə desək, qara günlərini yaşayır.