Sosial şəbəkədə biz:

ASDP-nin sədr müavinləri Ermənistandadır

08 June 2015, 12:33
Gündəm
Azərbaycan Sosial Demokrat Partiyasının sədr müavinləri Səlahəddin Allahevrdiyev və Yaşar Əsədov Ermənistandadırlar. Strateq.az bildirir ki, ASDP rəsmiləri Sosialist internasionalının (Sosintern) Yerevanda keçirlən iclasında iştirak etmək üşün düşmən ölkəyə gediblər. 8-9 iyun tarixlərində Yerevanda keçirləcək Sosinterinin Qafqaz və Qara dəniz ölkələri üzrə komissyasının iclasında regionda demokratiyanın güclənməsi və münaqişələrin həlli barədə müzakirələr aparılacaq. ASDP sədri Araz Əlizadə Strateq.az-la söhbətdə bildirib ki, ASDP rəsmilərinin Yerevana getməsini vacib edən o iclasda Qarabağla bağlı münaqişənin müzakirəsidir. “Biz düşmən torpağında Qarabağ həqiqətlərini üzbəüz demək üçün ora getməyi qərara aldıq”-deyə, A. Əlizadə bildirib. Sosinternin iclasında Rusiya, Ukrayna, Gürcüstan, Qazaxstan, Belarus, Moldova, Macarıstan və Qırğızstanın sosial-demokrat partiyalarının nümayəndələri iştirak edir. Xatırladaq ki, 2010-cu ildə Bakıda keçirlən Sosinternin iclasında Ermənistanı “Daşnaksutun” partiyasının nümayəndələri təmsil edib.