Sosial şəbəkədə biz:

Tanınmış müğənni keçmiş “Nida”çını həbs etdirdi

02 November 2016, 12:56
Gündəm
Müğənni Mətanət Əsədovanın internetdə onu təhqir etdiyi üçün məhkəməyə verdiyi keçmiş “Nida”çı Elsevər Mürsəlli həbs edilib.   Bu barədə “Qafqazinfo”ya M.Əsədovanın vəkili Ceyhun Yusifov məlumat verib.   O bildirib ki, Xaçmaz rayon məhkəməsi E.Mürsəlli haqda 6 ay şərti cəza qərarı çıxarsa da, bu gün Bakı Apellyasiya Məhkəməsində həmin qərar ləğv edilib və E.Mürsəlli barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. E.Mürsəlli Bakı İstintaq Təcridxanasına köçürülüb.   Qeyd edək ki, Elsevər Mürsəlli bir müddət bundan qabaq özünün internet səhifəsində Mətanət Əsədova və onun həbsdə olan bacısı haqqında qeyri-etik sözlər işlətmişdi.