Sosial şəbəkədə biz:

İlham Əliyev Davudoğlunu təbrik etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Baş naziri cənab Əhməd Davudoğluna təbrik məktubu göndərib. Axar.az xəbər verir ki, məktubda deyilir: “Hörmətli cənab Baş nazir, Başçılıq etdiyiniz Ədalət və İnkişaf Partiyasının Türkiyə Böyük Millət Məclisinə seçkilərdə qazandığı qələbə münasibətilə Sizi ürəkdən təbrik edirəm.   Partiyanızın bu seçkilərdə topladığı səslər Türkiyə cəmiyyəti tərəfindən Ədalət və İnkişaf Partiyasının həyata keçirdiyi siyasətə inam və dəstəyin bariz ifadəsidir. Qardaş Türkiyə xalqının rifahı naminə fəaliyyətinizdə Sizə, Ədalət və İnkişaf Partiyasının bütün üzvlərinə uğurlar diləyirəm”.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol