Sosial şəbəkədə biz:

Bu il 304 çoxmərtəbəli bina qazlaşdırılıb

05 November 2016, 20:52
Gündəm
"Azəriqaz" İstehsalat Birliyi tərəfindən 2016-cı ilin yanvar-oktyabr ayları ərzində müvafiq sənədləri təqdim olunan 304 çoxmərtəbəli binaya təbii qazının verilməsi təmin edib. SOCAR-dan mətbuata verilən məlumata görə, həmin binalarda ümumilikdə 8 772 mənzil var. "Azəriqaz" İB təbii qazın satışı ilə məşğul olan bir qurum olaraq zəruri sənədləri təqdim etmiş, bütün normativ-texniki və təhlükəsizlik tələblərinə cavab verən istənilən çoxmərtəbəli binanın ən qısa müddətdə “mavi yanacaq”la təmin olunmasında maraqlıdır.