Azərbaycanda 693 özəl müalicə müəssisəsi var
Azərbaycanda özəl müalicə profilaktika müəssisələrinin sayı 693-ə çatıb.
Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, özəl müəssisələrin çoxu ambulator xidmət göstərir.
Müəssisələrin böyük əksəriyyəti Bakı şəhəri və Abşeron rayonunda yerləşir.