Binali Yıldırım HDP-ə: "Məclisə gəlin"
Türkiyənin baş naziri Binali Yıldırım Xalqların Demokratik Partiyasının (HDP) deputatlarını "dərsdən qaçan məktəblilərə" bənzədib.
"Onsuz da çox gəlmirdilər, aradabir gəlirdilər.. Millət vəkilini seçib Ankaraya göndərir. Niyə? Get Məclisə ki, ehtiyacımız olan qanunları çıxar. Siz millətdən etibarnamə almısınız. Biz sizin verdiyiniz etibarnamənin gərəyini etməyəcəyik. Dərsdən qaçan məktəblilər kimidirlər", cənab Yıldırım bildirib. HDP deputatlarının həbsindən sonra Türkiyə Böyük Millət Məclisində fəaliyyətini dayandırdığını bildirib. "Məclis qrupumuz və Mərkəz İcra Quruluşumuz ilə müzakirələrdən sonra demokratik siyasət tariximizin bu ən geniş və qaranlıq hücumları qarşısında qanunvericilik orqanındakı fəaliyyətimizi dayandırmağa və növbəti dəfə xalqlarımızla görüşə qərar verdik", HDP-nin sözçüsü Ayhan Bilgen Biyarbakırda bildirib. Bilgen əlavə edib ki, qarşıdakı günlərdə partiya üzvləri ev-ev gəzərək, fərqli qrup və icmalarla görüşərək xalqın şikayət və təkliflərini dinləyəcəklər.
Image copyrightDHA