Sosial şəbəkədə biz:

Ermənilər Azərbaycan ərazilərində irimiqyaslı hərbi təlimlər keçirir

08 November 2016, 11:14
Gündəm
Ermənistan Silahlı Qüvvələri işğal olunmuş Azərbaycan ərazilərində irimiqyaslı hərbi təlimlərə başlayıblar. APA-nın Qarabağ bürosunun xəbərinə görə, təlimlər cəbhənin Ağdam və Tərtər rayonları istiqamətində keçirilir. Ağır artilleriyadan, iri çaplı silahlardan açılan atəş səsləri cəbhəyanı yaşayış məntəqələrində aydın eşidilir.