Sosial şəbəkədə biz:

Nemtsovun qızı hədələndiyinə görə ölkədən gedib

Fevralın 27-də gecə Kremlin yaxınlığında qətlə yetirilən Rusiyanın tanınmış müxalif siyasətçisi Boris Nemtsovun böyük qızı Janna ünvanına gələn hədə-qorxulardan sonra xaricə gedib. Modern.az-ın “The Times”ə istinadən verdiyi xəbərə görə, Janna Nemtsova Rusiya prezidenti Vladimir Putini atasının ölümündə siyasi məsuliyyət daşımaqda günahlandırıb. O, Nemtsovun öldürülməsi ilə bağlı istintaqın gedişini də tənqid edib. Jannanın sözlərinə görə, Rusiyaya qayıdıb-qayıtmayacağını hələ ki bilmir. O əlavə edib ki, Rusiya hakimiyyətini tənqid edənlər böhtan atılmaqla məhkəməyə çəkilir, həbsxanaya salınırlar, yaxud zəhərləyib öldürürlər: “Mənim atam siyasi mülahizələrə görə öldürülüb. O vaxtdan vəziyyət kifayət qədər sürətlə pisləşir”.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol