ABŞ seçkiləri: Kim irəlidədir – Clinton, yoxsa Trump? - ARAŞDIRMA
Amerikalılar, ölkələrinin tarixində ən həyəcanlı seçki kampaniyalarının birindən sonra növbəti prezidentlərini seçirlər.
İlk səsvermə məntəqələri New Hampshire kəndlərində gecə saat 12-dən sonra açıldıqdan sonra, digər səsvermə məntəqələri Şərq Sahilində yerli vaxtla saat 6-da açılıb. Həm Clinton, həm də Trump artıq səs veriblər. Hillary Clinton və Donald Trump həyəcanlı kampaniyanın son günlərində bir neçə ştatlara tələsik səfərlər keçiriblər. Seçki nəticələri yerli vaxtla gecə saat 11-dən sonra ortaya çıxmağa başlayacaqlar. Ümumilikdə 46 milyondan çox Amerikalı erkən seçkilərdə poçtla və ya şəxsən seçki məntəqələrində səs verib. Bu hazırda ABŞ üçün rekord seçici sayı hesab olunur. Seçki günü yaxınlaşdıqca rəy sorğularının rəqəmləri arasındakı fərq azalmaqda davam edirdi. Bu həm Clinton, həm də Trump düşərgəsinin yaşadığı böhranlarla bağlıdır.
FTB-nin təhqiqatı Clinton-un göstəricilərinə necə təsir göstərib?
Hillary Clinton üçün pis xəbər bundan ibarətdir ki, hətta FTB rəhbəri James Comey-nin onun emaillərinə dair təhqiqata başlandığı barədə bəyanatından əvvəl də keçmiş dövlət katibi ölkə boyunca, o cümlədən bir sıra həlledici ştatlarda üstünlük fərqini itirməyə başlamışdı. ABC News/Washington Post-un birgə canlı reytinqində, oktyabrın 23-də Clinton Trump-dan 12 xal irəlidə idi, lakin bundan bir həftə sonra bu üstünlük bircə xala enmişdi. Rəy sorğularına görə ona rəğbətlilərin faizi 53-dən 47-yə düşüb. Rəy sorğularının nəticələri onsuz da bir qayda olaraq seçkiyə yaxın daralır, lakin hələlik FTB-nin təhqiqat barədə bəyanatının seçki nəticələrini nə dərəcədə təsirləndirəcəyini indidən demək çətindir. CBS 13 əsas döyüş meydanı olacaq ştatlarda keçirdiyi rəy sorğusunda respondentlərin 52 faizi deyib ki, "Clinton-un emaillərində indiyədək bilindiyindən daha artıq məlumat ola bilərdi". Bu da bəlli olub ki, belə düşünənlərin əksəriyyəti respublikaçı seçicilər olub.Erkən seçkinin nəticələri barədə nə bilirik?
Image copyrightAFPQalmaqallar Trump-ın göstəricilərinə necə təsir edib?
Donald Trump kampaniyaya başlayandan bəri bir neçə qalmaqala uğrayıb. Bunlardan ən diqqətəlayiqi 7 oktyabrda açıqlanmış audio yazısızısıdır. Bu audioda Trump qadınlara qarşı təcavüzləri barədə öyünür. O bu qalmaqal barədə deyib ki, bütün bunlar yalnız sözlərdir və reallıqda o heç vaxt qadınlara əl-qol atmayıb. Belə bir qalmaqal istənilən namizədin kampaniyasını (və siyasi karyerasını) məhv etməliydi, amma Trump bu böhtandan salamat qurtarıb. CNN-nin oktyabrın 24-də keçirdiyi rəy sorğusunda onun reytinqi 45 faiz idi. Bu, CNN-in oktyabrın 3-də keçirdiyi sorğudakı rəqəmlə eyni idi. Hər iki rəy sorğusunda xanım Clinton 51 faizlə irəlidə idi. Cənab Trump-ın ölkə boyunca daim 40 faiz ətrafında dəstək qazana bilməsi, lakin eyni zamanda 45 faizi aşa bilməməsi təhlilçiləri bu qənaətə gətirib ki, respublikaçı namizədin dəstəyinin bünövrəsi olsa da, yüksək tavanı yoxdur. Bu isə o deməkdir ki, o özünə pərəstiş bəsləyənlərdən başqa dəstəkçi qazana bilməyib.Reytinqlərə inanmalıyıqmı?
Seçki günü yaxınlaşdıqca cənab Trump onun geridə qaldığını göstərən rəy sorğularını və onları keçirən şirkətləri qaba şəkildə tənqid edir və bu reytinqləri "çirkli" və "ədalətsiz" adlandırırdı. Lakin cənab Trump öz ittihamlarını dəlillərlə isbat edə bilməyib və ölkə boyunca aparılan reytinqlərin yanlış olduğunu düşünməyə əsas yoxdur. Rəy sorğularını keçirmək asan deyil və bunu edən firmalar bir sıra çətinliklərə üstün gəlməli olurlar. Lakin araşdırma göstərir ki, onlar seçki yaxınlaşdıqca daha düzgün proqnoz verməyə başlayıblar.Ölkə boyunca reytinqlər nə dərəcədə mühümdür?
300 milyonluq insanın vətəni olan ölkədə ictimai rəyin nəbzini tutmaq çətin məsələdir, lakin ictimai rəyi öyrənənlər boş dayanmırllar. Ümumölkə sorğuları adətən 1000 respondentin cavabları ilə tərib edilir və ümumən ictimai rəyin hərəkətini pis müəyyən etmir. Lakin ABŞ-da seçkilər tərəddüd edən ştatlarda udulur və uduzulur və qərar seçki kollegiyaları sistemindən asılı olur.Əsas rəqabət meydanı olacaq ştatlarda kim irəlidədir?

