Sosial şəbəkədə biz:

Bakıda fəhlələr 11-ci mərtəbədə asılı vəziyyətdə qaldılar - VIDEO

09 November 2016, 08:39
Gündəm
Bakıda çoxmərtəbəli binanın fasadında təmir işləri aparan ustalar 11-ci mərtəbədə köməksiz vəziyyətdə qalıblar. Musavat.com-un məlumatına görə, hadisə Xətai rayonu ərazisində, Xudu Məmmədov küçəsindəki 22 saylı binada baş verib. Hadisə yerinə FHN-in Xüsusi Riskli Xiıasetmə Xidmətinin xilasediciləri cəlb ediliblər. Məlum olub ki, yaşayış binasında asma troslarla divarboyu hərəkət edən platformada dayanaraq, binanın səthini rəngləyən 1973-cü il təvəlüdlü Əzizov Elşən Hüseyn oğlu və 1975-ci il təvəllüdlü Əhmədov Teypur Bəxtiyar oğlu elektrik enerjisinin kəsilməsi üzündən 11-ci mərtəbə səviyyəsində köməksiz vəziyyətdə qalıblar. Xilasedicilər binanın 12-ci mərtəbəsindəki mənzildən alpinist ləvazimatları ilə platformadakı hər iki fəhləni xilas ediblər. Fəhlələr 12-ci mərtəbədəki mənzilə qaldırılıblar.