Sosial şəbəkədə biz:

Bakıda klassik avtomobillərin paradı keçirildi - FOTOLAR

09 November 2016, 17:54
Gündəm
Bakıda klassik avtomobillərin paradı keçirilib.
APA-nın məlumatına görə, Dövlət Bayrağı günü münasibəti ilə təşkil olunan paradı Azərbaycan Avtomobil Federasiyası keçirib.
Heydər Əliyev Mərkəzinin qarşısından start götürən avtomobillər Bakı şəhərində dövrə vuraraq yürüşü Dövlət Bayraq Meydanınadək davam etdiriblər.
Federasiya Dövlət Bayrağı Meydanında yürüşdə iştirak edən klassik avtomobillərin sərgisini də təşkil edib.