Sosial şəbəkədə biz:

Trampın qələbəsinə etiraz edən tələbələr ABŞ bayrağını yandırdılar

10 November 2016, 10:20
Gündəm
Vaşinqtonda Amerika Universitetinin tələbələri Donald Trampın prezident seçilməsinə etiraz əlaməti olaraq ABŞ bayrağını yandırıblar.
APA-nın məlumatına görə, bu barədə “Washington Post” qəzeti yazıb.
Nəşrə görə, 200-dək tələbə Universitet şəhərciyində toplaşaraq müsəlmanlara qarşı dözümsüzlüyə son qoymaq və qara dərili vətəndaşların hüquqlarına hörmətlə yanaşmağı tələb ediblər.
Oxşar aksiyalar  ABŞ-ın bir neçə ştatında  keçirilib. Kaliforniya, Konnektikut, Massaçusets, Şimali Karolina ştatlarında tələbələr seçkilərin nəticələri ilə bağlı narazılıqlarını  ifadə etmək üçün küçələrə axışıb.