Sosial şəbəkədə biz:

Dollar durmadan bahalaşır - Bu günün rəsmi məzənnəsi

11 November 2016, 09:55
Gündəm
Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb. AMB-dən Azinforum.az-a verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi noyabrın 10-u ilə müqayisədə 0,52% möhkəmlənərək 1,6869 manata çatıb. Avro da manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 0,33% möhkəmlənərək 1,8397 manat olub. Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl 1,52% ucuzlaşaraq 0,0260 manata enib. Türkiyə lirəsinin məzənnəsi isə 0,52% zəifləyərək 0,5188 manat təşkil edib. Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1191 manatdır. Beləliklə, funt sterlinq 1,72%-lik artım nümayiş etdirib. Gürcüstan larisinin məzənnəsi 0,29% azalaraq 0,6802 manat olub.