Sosial şəbəkədə biz:

Bakıda doğuş zamanı daha bir körpə ölümü

11 November 2016, 10:54
Gündəm
Bakıda doğuş zamanı növbəti körpə ölümü baş verib. Nəsimi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Rəsul Rza küçəsində yerləşən “İnternational Medical Centre”də qeydə alınıb. Oraya doğuş üçün müraciət edən qadının körpəsi doğuş zamanı ölüb. Məlumata görə, bu, qadının ilk hamiləliyi olub. Adı açıqlanmayan qadının vəziyyətinin isə normal olduğu bildirilir. Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.