HDP-li yeni deputatdan sərt çıxış- “Rədd olub gedəcəksiz...”
Türkiyədə Xalq Demokratik Partiyasından (HDP) millət vəkili seçilən Burcu Çelik Özkan sərt çıxış edib. “Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, millət vəkili HDP-nin 10 faizlik səddi aşması şərəfinə Muşda keçirilən təntənəli tədbirdə çıxışında kənd qoruyucularını tənqid atəşinə tutub: “Bu məmləkətdən rədd olub gedəcəksiniz. Bizə uzatdığınız silahı sizə necə çevrimək lazım olduğunu yaxşı bilirik”. Millət vəkili kənd qoruyucularının öz kəndlilərinə silah çəkdiyini iddia edərək həmin bölgələrin əhalisinə səslənib. HDP-dən seçilən digər millət vəkili Ahmet Yıldırım isə partiyasının əldə etdiyi qələbinin kürd siyasi inqilabının 40 illik əməyinin nəticəsi olduğunu əlavə edib.