Sosial şəbəkədə biz:

Yol polisi 7881 sürücünü cərimələyib

12 November 2016, 21:02
Gündəm
Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Yol Patrul Xidmətinin (YPX) əməkdaşları ötən gün ərzində inzibati xəta törədən 7881 sürücünü cərimələyib. Azinforum.az xəbər verir ki, bu barədə Report-a idarədən məlumat verilib. Qurumdan bildirilib ki, noyabrın 11-də ölkə ərazisində inzibati məsuliyyətə cəlb olunan sürücülərdən 34-ü sükan arxasına sərxoş halda əyləşdiyinə, 1 nəfər isə avtoxuliqanlıq etdiyinə görə cəzalandırılıb.