Sosial şəbəkədə biz:

Amerikalı generaldan ETİRAF: “Putinin qarşısını almağa heç kimin qətiyyəti çatmır”

“Rusiya Avropa İttifaqının və başqa ölkələrin sanksiyalarına məruz qalmasına baxmayaraq prezident Vladimir Putin hələ də böyük təsirə malikdir”. Modern.az saytının məlumatına görə bunu “Fox News” telekanalının efirində ABŞ-ın istefada olan generalı və hərbi eksperti Cek Kin bildirib. Onun sözlərinə görə Rusiya lideri Vladimir Putin bu gün dünyanın ən hörmətli və qəddar lideridir. “O, Krımın zəbt edilməsinə nail ola bildi və Ukraynanın şərqində heç kimin onu dayandırmağa qətiyyəti çatmır. Qərb Rusiyaya qarşı daha çox sanksiya tətbiq edə bilər, amma Putin sadəcə olaraq onlara əhəmiyyət verməyəcək”,-deyə general bildirib. Cen Kinin fikrincə, Qərb Rusiyanın siyasətinə iki üsulla cavab verə bilər: “Güc balansını əhəmiyyətli şəkildə dəyişmək üçün Ukraynanı silahlandırmaq, həmçinin Baltikyanı regionda böyük  qüvvə yerləşdirmək lazımdır. Amma biz bunu etmirik. Putin NATO-nun zəifliyini dərk edir və bundan yararlanmağa hazırlaşır”.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol