Sosial şəbəkədə biz:

500 mal və xidmət – BAHALAŞDI

14 November 2016, 11:24
Gündəm
2016-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda baza inflyasiya ötən ilin analoji dövrünün göstəricisi 4,1%ə qarşı 12,5% təşkil edib. Bu barədə Mərkəzi Bankdan məlumat verilib. “Qiymətləri dövlət tərəfindən tənzimlənən mallar, o cümlədən mövsümi xarakter daşıyan ASK məhsulları nəzərə alınmadan, 2016-cı ilin 9 ayı ərzində Azərbaycanda baza inflyasiya ötən ilin yanvar-sentyabr aylarında 4,1%-ə qarşı 12,5% təşkil edib”, - deyə məlumatda deyilir. Cari ilin yanvar-sentyabr aylarında orta illik inflyasiya 11,2%, həmçinin ərzaq məhsulları üzrə - 12,7%, qeyri-ərzaq məhsulları üzrə 15,9%, xidmətlər üzrə - 5,2% təşkil edib. “9 ay ərzində inflyasiyanın hesablanması üşün istifadə olunan 561 adda mallar və xidmətlərdən 22-si üzrə qiymətlər ucuzlaşıb, 39-u üzrə qiymətlər dəyişməyib. Beləliklə, xidmət və malların 500 növü üzrə qiymətlərin artımı müşahidə olunub”, - deyə bankda vurğulayıblar. (Fins.az)