Sosial şəbəkədə biz:

Akif Çovdarovun məhkəməsi ləngiyir

14 November 2016, 11:44
Gündəm
Bu gün Sabunçu Rayon Məhkəməsinin binasında ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov və onunla birlikdə həbs edilən 4 MTN əməkdaşının məhkəmə prosesi keçirilməlidir. Virtualaz.org bildirir ki, saat 11.00-da başlamalı olan proses bir saat geri çəkilib. Buna səbəb təqsirləndirilən şəxslərin və vəkillərin təyin olunan vaxtda prosesə gəlməmələri olub.