Sosial şəbəkədə biz:

Astarada 4 yaşlı oğlan qardaşını güllələdi

14 November 2016, 12:28
Gündəm
Astarada 4 yaşlı oğlan özündən bir yaş balaca qardaşını güllələyib. Astara rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Siyəkü kəndində qeydə alınıb. Kənd sakini 4 yaşlı Elvin Zahirzadə babasına məxsus tüfəngdən ehtiyatsızlıqdan atəş açaraq, 3 yaşlı qardaşı Güloğlanı vurub. Yaralı uşaq xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.