Sosial şəbəkədə biz:

Starlab Tibb Mərkəzində Beynəlxalq Diabet günü qeyd edilib

15 November 2016, 00:41
Gündəm
Noyabrın 14-ü  Starlab Tibb Mərkəzi, "Tetrada" əczaçılıq şirkəti, Azərbaycan Diabet Liqasının dəstəyi ilə "Beynəlxalq Diabet Günü" adlı tədbir keçirildi. Tədbir zamanı Starlab Tibb Mərkəzinin direktoru Şükürəli Cəfərov, Azərbaycan Diabet Liqasının Sədri Yeganə Sultanova, Starlab Tibb Mərkəzinin Həkim -Endokrinoloqu Vüsalə Atakişizadə çıxış edib. Natiqlər öz çıxışlarında belə tədbirlərin şəkərli diabet xəstələrinə faydalı olacağanı bildirmişlər. Tədbirdən əvvəl Starlab Tibb Mərkəzi şəkərli diabet xəstələri üçün qanda şəkər, qlikohemoqlobin və həkim müayinəsini ödənişsiz olaraq həyata keçirilib. Tədbirdə göstərilən dəstəyə görə "Tetrada" əczaçılıq şirkətinin rəhbərliyinə və Azərbaycan Diabet Liqasının sədri Yeganə xanım Sultanovaya Starlab Tibb Mərkəzinin rəhbərliyi adından təşəkkürümüzü bildiririk. Bizimlə əlaqə: Tel.: (+994 12) 431 13 14 Mob.: (+994 51) 431 13 14 Ünvan: 5-ci mkr., 20 Yanvar küç.14 Bakı, Azərbaycan www.facebook.com/StarlabTibbMerkezi www.youtube.com/StarlabTibbMerkezi instagram:starlabtibbmerkezi