Sosial şəbəkədə biz:

Daha bir müğənninin adı qadın alverində hallandı

Müğənni Şəbnəm Əsədova (Şəbnəm Tovuzlu) ilə bağlı şok iddia irəli sürülüb.
Bizdə olan məlumata görə ifaçı ötən gecəni nəzarət altında keçirib. İfaçının qadın alverində günahlandırılması ilə bağlı xəbər ortaya çıxıb. Lakin Şəbnəm Tovuzlunun prodüseri Cəmiləxanım atv.az-a xəbərin yalan olduğunu bildirib:
"Yalan məlumatdı. Belə bir şey yoxdu. Şəbnəm xanım azadlıqdadır, özünün də bu gün toyu var".
İfaçının özü ilə əlaqə saxladıq:
"Mən bilmirəm, bu söhbətlər hardan yaranır. Ümumiyyətlə, mənə yaraşmayan bir şeydi. Yəqin ki, gündəmdə olduğuma görə yayılır. Sadəcə olaraq, telefonlarımı söndürmüşdüm.
Çünki həyat yoldaşımla problemlər yaşayıram. İndi hər şey yaxşıdır. Mənim tutulmağım barədə söhbət gedə bilməz. Nə mən, nə köməkçim heç bir güc strukturları tərəfindən saxlanılmamışıq".


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol