Sosial şəbəkədə biz:

Direktorun zorladığı deyilən qızın atası danışdı

16 November 2016, 14:28
Gündəm
Zərdab rayonu Şahhüseynli kənd orta məktəbinin direktoru Ceyhun Tofiqli tərəfindən zorlandığı bildirilən 11-ci sinif şagirdi Nazilə Abduləliyevanın (ad şərtidir-red.) atası Rəmzi Abduləliyev Ölkə.Az-ın suallarını cavablandırıb. - Ceyhun Tofiqlinin ailəsini necə tanıyırsınız? - Eyni kənddənik, qohumluğumuz yoxdur. - Bəs necə olub ki, bu işdən xəbər tutmusunuz? - Qayınanam ağır xəstədir. Həyat yoldaşım qalxıb ki, anasının paltarını dəyişsin, görüb qız yerində yoxdur. Qızın səsinə evdən çıxıb. Gedib görüb ki, darvazanın ağzında... - Ceyhun Tofiqli ilə? - Bəli, Ceyhun zəng edib ki, gəl, sənə kitab gətirmişəm. Qızım da hazırlığa gedir. İnanıb, gedib. Bu gün 17 yaşı tamam olur. - Söhbət konkret intim münasibətdən gedir? - Qızım anasına deyib ki, elə bir şey olmayıb. Anası beş dəqiqə də gec çıxsaydı, iş işdən keçəcəkdi. - Direktor məktəbdə ona hansısa xoşagəlməz hərəkət edirmiş? - Bu barədə eşitməmişəm. - Ceyhun Tofiqlinin ailəsi bildirir ki, ekspertiza zorlamanın olmadığı qənaətinə gəlib. - Deyiblər ki, qalsın həftənin altıncı gününə. Mənə müəmmalı gəlir ki, niyə şənbə gününə qalsın. Ucarın eksperti pulgir adamdır. - Axı bu iş Zərdab ərazisində baş verib. Niyə Ucardan baxılsın? - Mənə də müəmmalı gələn budur. Zərdabın eksperti elə adamdır ki, nə də təklif etsən, düzgün nəticə çıxaracaq. Mənə elə gəlir ki, bu işi uzatmaq üçün belə edirlər. - Ceyhun Tofiqlinin həbsini istəyirsiniz? - Bütün kənd camaatı, vəzifə adamları deyir ki, bu adam ömürlük həbs cəzası almalıdır. - O ailəyə get-gəliniz olub? - Olmayıb. - Adətən kənd yerlərində qızları tez ərə verirlər, nişanlayırlar... - Xeyr, qızım təhsil alırdı. Onun üçün əsas olan dərsidir, oxuduğu məktəbin ən nümunəvi və yaxşı oxuyan şagirdidir. Məktəb direktorları, icra başçısı da onu tanıyır, fotoları var. - Sizin vasitənizlə qızınızla danışa bilərik? - Mən ailəmdən ayrılmışam, ailə qurmuşam. Amma qızımla yaxşı münasibətlərim var, rayona hazırlığa mən aparıb gətirirdim. - Ceyhun Tofiqlini necə insan kimi tanımısınız? - Yaxşı adam kimi tanımamışam.