FİFA-nın yeni prezidenti dekabrda seçiləcək
                                FİFA-da prezident seçkisi bu il dekabrın 16-da İsveçrənin Sürix şəhərində keçiriləcək.
Bu barədə BBC-i məlumat yayıb. Xəbərə görə, yeni prezident seçkisində təşkilatın 209 üzvü iştirak edəcək.
Qeyd edək ki, bu il iyunun 2-də beşinci dəfə FİFA prezidenti seçilən Yozef Blatter istefa verib. İstefaya səbəb FİFA-da yaşanan rüşvət və korrupsiya qalmaqalı olub.
                            
                            
                            
                         
                     
             
                                    