Sosial şəbəkədə biz:

Bakıda gəlin toy günü öldü- Fotolar

Bakıda gəlin toyu günü yol qəzasında ölüb. " Azinforum.az " “Report”a istinadən xəbər verir ki, hadisə Xəzər rayonunun Zirə qəsəbəsində baş verib. Belə ki, Xəzər rayon sakini Vəsilə Rzayeva toya hazırlıq üçün "gözəllik salonu"na gedib. Salondan çıxandan sonra isə bəy öz xalası oğlunu gəlini evə aparmaq üçün onun dalınca göndərib. Amma salondan çıxan avtomobil bir qədər gedəndən sonra aşıb. Nəticədə öz toyuna hazırlaşan V.Rzayeva hadisə yerində ölüb. Qeyd edək ki, qəza zamanı gəlinin yanında olan və şəxsiyyəti hələ ki, məlum olmayan bir qadın da hadisə yerində dünyasını dəyişib.

Qəza ilə bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.

***

" Azinforum.az " ın əldə etdiyi məlumata görə, qəzada yaralanan Sahil Bədirli və Rufanə Bədirli hazırda Sabunçu rayon 3 saylı Şəhər Klinik Xəstəxanasındadır.

 


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol