Sosial şəbəkədə biz:

Fazil Mustafa maşından imtina edib, velosiped sürəcək

Millət vəkili Fazil Mustafa Avropa Oyunları ərəfəsində yolların bağlı olduğu günlər Bakıda avtomobillə yox, velosipedlə gəzəcək. Azinforum.az xəbər verir ki, bu barədə Hafta.az-a açıqlamasında millət vəkilinin özü məlumat verib. O bildirib ki, birinci Avropa Oyunları ilə əlaqədar şəxsi avtomobilindən istifadə etməyəcək: “Yolların bağlı olması səbəbindən ictimai nəqliyyatdan deyil, uyğun olsa velosipeddən istifadə edəcəyəm. Ancaq şəxsi avtomobilsiz də ötüşmək çətindir”. Qeyd edək ki, Bakı Şəhər Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov vətəndaşlara səslənərək, Avropa Oyunları ərəfəsində şəhərdə avtomobil sıxlığını aradan qaldırmaq üçün onları şəxsi avtomobillərindən imtina etməyə çağırıb.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol