Sosial şəbəkədə biz:

Deputatdan devalvasiya - ANONSU

18 November 2016, 11:36
Gündəm
Ötən il milli valyutamızı qorumaq üçün 11 mlrd. vəsait xərcləmişik. Təbii ki, bu da düzgün yol deyildi. Çünki, biz bu yolla devalvasiyanın qarşısını ala bilmədik. Fins.az-ın verdiyi məlumata görə, bu haqda Milli Məclisin üzvü Vahid Əhmədov bildirib. “Biz o vaxt da təklif etmişdik ki, manatın tədricən devalvasiyası baş versin. Manat onsuz da gec-tez, tələb-təklif amillərinə görə öz yerini alacaq. Onun hansı səviyyədə olacağını gələcək göstərəcək. Düşünürəm ki, Mərkəzi bank hal-hazırda düzgün siyasət aparır”, – dey V.Əhmədov bildirib. Neftin qiymətinə toxunan millət vəkili bildirib ki, o, qiymətin birjalardan asılı olması barədə fikirlərlə razılaşmır: “Son hadisələr göstərdi ki, neftin qiyməti müəyyən kabinetlərdən asılıdır”. V.Əhmədov ölkədə sahibkarlığın inkişafı və rayonlara dotasiya verilməsi məsələsindən də danışıb. “Orta və kiçik sahibkarlığın inkişafında geri qalırıq. 2017-ci ilin büdcəsində 33 rayona dotasiya vermirik. Prezident tapşırıq verib ki, bir çox rayon özü-özünü dolandırmalıdır”, – deyə V.Əhmədov bildirib