Sosial şəbəkədə biz:

Ayağı sınmış Kerrinin xəstəxana görüntüsü yayıldı - Foto

Ayağı sınmış ABŞ dövlət katibi Con Kerri Boston xəstəxanasından çəkdirdiyi fotosunu "Twitter" hesabında paylaşıb. Avropa.info xəbər verir ki, yazdığı tvitdə xəstəxanada keçirdiyi əməliyyatdan sonra özünü yaxşı hiss etdiyini, Dövlət Departamentindən Syuzan Rays və digər rəsmilərlə telefonda danışdığını deyib. Fotoda əlində sənədlər və telefon tutan Kerri işini elə xəstəxanadan davam etdirdiyini göstərmək istəyib. Qeyd edək ki, 31 mayda Fransanın Sonzye şəhərində velosiped sürən Kerri dönərkən yıxılmışdı. Yıxılarkən baldır sümüyündə sınıq yaranmışdı. Ayağı sınmış Kerrinin xəstəxana görüntüsü yayıldı - Foto  


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol