Sosial şəbəkədə biz:

Bakıda 70 min manatlıq qızıl əşyalarını oğurlamış usta tutulub

18 November 2016, 15:15
Gündəm
Bakıda 70 min manatlıq qızıl əşyalarını oğurlamış Kürdəmir sakini tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidməti xəbər verir ki, noyabrın 15-də Səbail rayonu ərazisində yaşayan Gülşən Rəfiyeva 9-cu Polis bölməsinə müraciət edərək sentyabrın 12-də evində usta işləyən Kürdəmir rayon sakini Rəşad Ömərov tərəfindən 70.000 manat dəyərində qızıl əşyalarının oğurlandığını bildirib. Səbail RPİ 9-cu PB əməkdaşları tərəfindən aparılmış araşdırmalarla fakt təsdiqini tapıb və həyata keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən R.Öməriov tutulub.