Sosial şəbəkədə biz:

Bakıda türmədə daha bir nikah bağlandı

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı istintaq təcridxanasında nikah mərasimi keçirilib. Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, təcridxanada saxlanılan Tağıyev Emin Səyfər oğlu ilə vətəndaş Baxışova Firuzə Tofiq qızının müraciətləri əsasında onların nikah mərasiminə Penitensiar Xidmət tərəfindən şərait yaradılıb. 4 saylı Bakı "ASAN xidmət" mərkəzinin Qeydiyyat şöbəsinin baş məsləhətçisi Hacıyeva Aynurə İlham qızı tərəfindən qeydə alınan nikah mərasimində Penitensiar Xidmətin məsul əməkdaşları iştirak ediblər. Ailə quran məhkumlar yaradılmış şəraitə görə Ədliyyə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol