Rza Zərrab 3 qardaşı tutdurur
                                Müğənni Ebru Gündəşin əri, iş adamı Rza Zərrabın avtomobilinə təpik atdığı iddia edilən 3 qardaşa İstanbul Asliye Ceza Məhkəməsində cinayət işi açılıb. 
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, iddianaməyə görə, sentyabrın 11-də avtomobillə Fatih Sultan Mehmet körpüsündən Baltalimanına doğru irəliləyən Zərrabın avtomobili Hasret küçəsində mühafizəçiləri gözləmək üçün dayanıb. O zaman Sərvət Satır (33 yaş), Sinan Satır (29 yaş) və Serkan Satır (28yaş) avtomobilindən enərək Zərrabın maşınının şüşələrini döyəcləyib. 3 qardaş daha sonra avtomobilə təpik atıb və yumruqlamağa başlayıb. Zərraba da “Biz Rizeliyik. Biz milliyyətçiyik. Adamı vurarıq, güllələyərik”-, deyə hədə-qorxu gəliblər.
İş adamının şikayətindən sonra ifadələri alınan 3 şübhəli təpik atmadıqlarını və günahsız olduqlarını bildiriblər. “Əmlaka zərər vurma” və “Hədə-qorxu gəlmə” tələbi ilə qardaşlara 10 aydan 5 ilə qədər həbs cəzası tələbi ilə cinayət işi açılıb.
                            
                            
                            
                         
                     
             
                                    