1987-ci ildə Tramp Leninqrada niyə gəlmişdi? - FOTO / VİDEO
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp 1987-ci ildə SSRİ-yə işgüzar səfər edir və Leninqradda öz otelini tikmək üçün danışıqlar aparır.
Leninqrada ikinci arvadı – Çex fotomodel, miyarderə üç uşaq bəxş etmiş İvana Trampla gələn gələcək prezidentin fotoları TASS-ın arxivində qalsa da sifarişçinin DTK olması şübhə doğurmur.
Otel açmağın mümkün olmadığını bilən Tramp özünəməxsus çılğınlıqla Qorbaçovu ən zəif dövlət başçısı kimi ittiham edir. “Pleyboy” jurnalına verdiyi müsahibədə deyir:
”Bütün sovet sistemi sadəcə katastrofadır. SSRİ-də tezliklə inqilab olacaq - hər şey ona doğru gedir. Mənim Qorbaçova yeganə iradım budur - o həddindən artıq zəifdir”.
Azinforum.az Peterburq televiziyasının bu tarix haqqında süjetini oxuculara təqdim edir.
https://youtu.be/-dzAcOfpmzA

