Sosial şəbəkədə biz:

Azərbaycan futbolunda biabırçılıq - 24 nəfər cəzalandırıldı

22 November 2016, 15:17
Gündəm
AFFA İntizam Komitəsi şübhəli oyunlarla bağlı araşdırmaların yekunu olaraq cəza tədbirləri görüb.Qafqazinfo” qurumun rəsmi saytına istinadən xəbər verir ki, UEFA-dan və digər mənbələrdən I Divizion komandaları arasında danışılmış oyunlarla bağlı daxil olan məlumatlar AFFAPFLtərəfindən ciddi şəkildə araşdırılır. Komissiyanın qərarına əsasən, "Rəvan"ın 7, "Göyəzən" və "Energetik"in hərəyə 3, "Şərurspor" və "Bakılı"nın hərəyə 2, "Şahdağ"ın 5 futbolçusu, eləcə də Qusar komandasının inzibatçısı ilə bir hakim bu işdə şübhəli bilindikləri üçün araşdırma başa çatana qədər AFFA-nın bayrağı altında keçirilən bütün oyunlardan kənarlaşdırılıb. Həmin şəxslər bunlardır: “Şahdağ”: Kamran Ağakərimov, İqrar Səmədov, Tofiq Səfiyev, Mahiddin Ağamov, Faik Ağarəhimov, Rafael Kübərov (İnzibatçı) “Rəvan”: Əkbər Əhmədov, Fərid Ağayev, Mirqasım Cabbarlı, Elvin Əliyev, Omid Masumi, Fərid Quliyev, Cəmşid Məhərrəmov “Bakılı”: Bəhram Bəhramzadə, Xəzər Qəribov “Göyəzən”: Arzuman Vəliyev, Orxan Əsgərov, Tunar Şahtaxtinski “Energetik”: Elvin Əlizadə, Kamran Lalayev, Orxan Əlibalayev “Şərurspor”: Mehdi Rəsulov, Samir Musayev Hakim: Anar Niyazov Qeyd edək ki, komissiya tərəfindən aparılan araşdırmaların nəticələri AFFA-nın İcraiyyə Komitəsinə təqdim olunacaq və bu işdə əli olan komandalara, klub rəsmilərinə, məşqçilərə və futbolçulara qarşı ciddi sanksiyalar tətbiq olunacaq.