Sosial şəbəkədə biz:

İraq-İran sərhədində saxlanılan 500 azərbaycanlı zəvvarın problemi həll olunub

22 November 2016, 21:16
Gündəm
Kərbaladan qayıdarkən İraq-İran sərhəddində saxlanılmış azərbaycanlı zəvvarları daşıyan avtobusların problemi həll olunub. Bu barədə APA- ya zəvvvərlardan biri Həşimov Mirələm məlumat verib. O bildirib ki, məsələyə İranın Azərbaycandakı səfirliyi müdaxilə edib və sənədlər qaydasına salınıb. Hazırda bir neçə avtobus İranın Mehran sərhəd-keçid məntəqəsindən buraxılıb. Digərlərinin də tez bir zamanda buraxılması gözlənilir.