Sosial şəbəkədə biz:

14 nəfər dəm qazından zəhərlənib - RƏSMİ

23 November 2016, 11:38
Gündəm
Noyabr ayının əvvəlindən bu günə qədər 14 nəfər dəm qazı zəhərlənməsi ilə bağlı müraciət edib. Bunu AzVision.az-a Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, baş toksikoloq Azər Maqsudov deyib. O qeyd edib ki, müraciət edən xəstələrdən 10 nəfəri qəbul edilib. “Qəbul edilən xəstələrdən 3-ü azyaşlıdır. Dəm qazından zəhərlənmə ilə bağlı ölüm və ağırlaşma halları olmayıb. Xəstələr orta ağır vəziyyətdə gətirilib. Onlar müayinə edilib və evlərə buraxılıblar. Sirkə turşusu zəhərlənməsi ilə bağlı şöbəyə 3 nəfər daxil olub, ölüm olmayıb. Xəstələr qəbul edilib, lazımi müayinə və müalicə tədbirləri görülüb, evə buraxılıblar. Dərman qəbulu zamanı allergik reaksiya olması ilə bağlı 12 nəfər müraciət edib. Onlardan 5 nəfəri qəbul edilib”, - deyə baş toksikoloq əlavə edib.