Sosial şəbəkədə biz:

Türkiyədə prezident və parlament seçkiləri 2019-cu ildə keçiriləcək

25 November 2016, 11:44
Gündəm
Türkiyədə prezident və parlament seçkiləri 2019-cu ildə keçiriləcək. Bunu Türkiyənin baş naziri Binəli Yıldırım TRT-yə müsahibəsində bildirib. “Yeni konstitusiya ilə bağlı parlamentdəki işləri 2017-ci ilin yanvarın sonunadək tamamlayacağıq. Koalisya hökumətinin yaranması narahatlığını yaşamamaq üçün Türkiyədə bir partiyanın hakimiyyətini təmin edəcək sistemə ehtiyac var”, - deyə baş nazir vurğulayıb. Onun sözlərinə görə, prezident və parlament üzvlərinin səlahiyyət müddəti 5 il olacaq.