Sosial şəbəkədə biz:

Altı yaşlı azərbaycanlı "Şumaxer" görün maşınla nələr edir - VİDEO

25 November 2016, 13:58
Gündəm
Gürcüstanın Marneuli rayonunda yaşayan Elsun Ocaqverdiyev altı yaşından avtomobil idarə edir. Avtosfer.az xəbər verir ki, bu barədə Atası Vüsal Ocaqverdiyevin ölkə.az-a bildirdiyinə görə, oğlu altı yaşından müxtəlif avtomobilləri idarə etməyi bacarır. Hazırda səkkiz yaşı olan Ocaqverdiyev istənilən minik avtomobilini, hətta mikroavtubusu sürməkdə çətinlik çəkmir: "Elsunun uşaqlıqdan maşına marağı olub. Altı yaşından rahat maşın sürə bilir. Ən böyük arzularından biri böyüyüb, sürücülük vəsiqəsi almaqdır. Öz aramızda ona zarafatca "Şumaxer" deyirik".