Sosial şəbəkədə biz:

Elza Seyidcahandan yeni şeir: "Rakkada cukkada..."

27 November 2016, 16:23
Gündəm
Hər zaman şeirləri ilə gündəmdə olan əməkdar artist Elza Seyidcahan yeni şeir yazıb. Müğənninin yeni şeiri "Get işinlə məşğul ol” adlanır. Həmin şeiri olduğu kimi təqdim edir: Ömür elə qısadır ki Get işinlə məşğul ol. Baxışında çək şəklimi, Ruhun təzələnsin. Padşahlığa layiqdir Zəhmət ilə görülən iş. Gedişinlə, gəlişinlə, Duruşunla. Boşluqdan yaranır pislik, Məşğul olsan, olmaz sizlik. Olmaz, olmaz, təklənərik. Qəlpələnir, səpələnirik. Sipərlənək, üzək, üzək, Vətənimizə, yurdumuza. Qovuşa-qovuşa. Gəl öp məni Məşhur olaq. Özünə iş tapa bilməyən Bədbəxt adam. Uca olar həmişə başın. Ləyaqətlə İşini yerinə yetirsən. Söyürəm səni Get işinlə məşğul ol. Mənə sözündə təpki ol. Öz sözündə əski ol. Ona sözündə əskik ol Tənbəl adam. İşin sözdə Zəhmətsevər insanların İşi əməldə. Ət qalmasın. Qəm əldə. Bilmək istəyirsən kimsən? İşinə bax. Qarışqa ol, Önünə bax. Bəhanələr var isə Hakim ol gördüyün işə. Olsan fəaliyyətdə Olmazsan cahiliyyətdə. Şikayət etməkdənsə Axmaq adam. Tənbəl adam. Yaramaz adam. Oranı qaşı, buranı qaşı. İşin yoxsa Get nənənin, babanın Qaşı, qaşı. Qazanın aşı. Üzüyü qaşı tanıdar Üksüyü sapı qaraldar. Sən də saplan öz iynənə. Zolaq olaq, corab olaq. Qonaq olaq Tozanaq olaq. Cukka, cuka, cakka cuka. Cukkada, cukkada. Rakkada cukkada. Gəl kökümüzlə məşğul olaq Adam olaq. Tikək, tikək, tikək, tikək Yıxaq, yıxaq, yıxaq, yıxaq. Vuraq, vuraq, vuraq, vuraq. Qol gücündə çiyinlərin Gəl işimizlə məşğul olaq. Səni elə günə salaram ki Etdiklərim nə idi ki? Getdiyim bu sulardakı Gəmi idi ki. Vermək almaqdan daha izzətlidir Gülmək ağlamaqdan şərafətlidir. Sevmək sevilməkdən ləyaqətlidir. Susmaq danışmaqdan kəramətlidir. Bəzən çox vaxt dinləmək, dinləmək Ləyaqətlidir. Atalarımız deyiblər Yaşınla Ağ başınla Sirdaşınla Get işinlə məşğul ol. Ağıllı ol, Get işinlə məşğul ol.