Sosial şəbəkədə biz:

Bu sektorda çalışanların əməkhaqqı artıb 

27 November 2016, 21:03
Gündəm
Bu ilin 10 ayında inşaat sektorunda çalışan işçilərin orta siyahı sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,1 faiz azalaraq 96,6 min nəfər olub, orta aylıq əməkhaqqı isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 20,3 faiz artaraq 805,4 manat təşkil edib. Dövlət Statistika Komitəsinin məlumatına əsasən ixtisaslaşdırılmış tikinti işlərində işləyənlərin əməkhaqqı 26,1 faiz, binaların tikintisində çalışanların əməkhaqqı 14,4 faiz, mülki təyinatlı inşaat işlərində işləyənlərin əməkhaqqı isə 1,7 faiz artıb.